Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub
ABŞ Prezidenti Donald Tramp İran sazişi ilə bağlı keçirilən iclası hər hansı qərar qəbul etmədən başa vurub.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
"Adının açıqlanmasını istəməyən administrasiyanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Prezident Trampın Situasiya Otağındakı iclası təxminən iki saat davam edib, lakin o, İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib", - materialda qeyd olunub.
Mənbə əlavə edib ki, administrasiya razılaşmaya yaxın olduğunu hesab edir, lakin İran üçün vəsaitlərin dondurulmasının ləğv edilməsi də daxil olmaqla, müəyyən məsələlər hələ də müzakirə olunmaqdadır.
Oxşar xəbərlər
Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb
İran ilə ABŞ arasında mesaj mübadiləsi davam edir, lakin yekun razılıq əldə olunmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirli...