Tramp İranın "qələbə" açıqlamasına sərt reaksiya verdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp İran tərəfinin yaydığı "qələbə" bəyanatı ilə bağlı xəbərlərə kəskin etiraz edib və bunu təhrif olunmuş məlumat adlandırıb.
BAKU.WS xəbər verir ki, məsələ CNN tərəfindən yayımlanan materialdan sonra gündəmə gəlib.
Tramp özünün "Truth Social" platformasındakı paylaşımında bildirib ki, mediada təqdim olunan sənəd real deyil və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, İranın rəsmi mövqeyi əslində ölkənin xarici işlər naziri Abbas Əraqçi tərəfindən sosial şəbəkələrdə paylaşılmış versiyada əks olunub. Tramp həmin sənədi öz hesabında dərc etdiyini də qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, məsələ ilə bağlı araşdırma aparılır və saxta məlumatın yayılmasında məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş gedir. O, eyni zamanda CNN-dən bu xəbəri geri götürməyi və üzr istəməyi tələb edib.
Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində "qələbə" əldə edildiyini iddia edən açıqlama yayıb və Vaşinqtonun guya müəyyən şərtləri qəbul etdiyini bildirib. Daha sonra Araqçi atəşkəsin mümkün şərtləri ilə bağlı ayrıca paylaşım edib.
Məlumatlara görə, İran tərəfinin müxtəlif mənbələrdən yayılan sənədləri arasında müəyyən fərqlər mövcuddur və bu da mübahisələrin yaranmasına səbəb olub.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...