Tramp İranın ona qarşı sui-qəsd cəhdinin mükünlüyünü güman edir
ABŞ Prezidenti Donald Tramp özünü İran tərəfindən sui-qəsd üçün potensial hədəf hesab etdiyini bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Ankarada NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Bilirsiniz nə var? Mən də olmaya bilərəm. Çünki mən onların bir nömrəli hədəfiyəm", - deyə Tramp İran ətrafındakı vəziyyəti şərh edərkən ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı Tehranda bir neçə yüksək vəzifəli məmurun öldürülməsini xatırladaraq bildirib.
Amerika lideri həmçinin qeyd edib ki, ölüm ehtimalı onu narahat etmir.
"Mən ölkə üçün doğru olanı edirəm. Mən dünya üçün doğru olanı edirəm", - o vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan: "Cənubi Qafqaz mövzusunu Trampla hər zaman müzakirə edə bilirik"
"Cənubi Qafqaz mövzusunu cənab Trampla hər zaman telefonla müzakirə edə bilirik". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Prezidenti Rəcəb Tayy...