Tramp: "İranın başına pis bir şey gələ bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməyəcəyi təqdirdə ölkənin ciddi təhlükə ilə üzləşə biləcəyini bəyan edib.
BAKU.WS xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp konkret nə baş verəcəyini açıqlamayıb.
"Onlara məktub göndərdim və bildirdim ki, ya bir qərar qəbul etməli, ya da bu məsələni müzakirə etməliyik. Əks halda, İranın başına çox pis bir şey gələcək. Mən bunu istəmirəm", - ABŞ Prezidenti vurğulayıb.
Tramp bu bəyanatının güc nümayişi və ya zəiflik əlaməti kimi qiymətləndirilməməli olduğunu bildirib: "Biz İranla işləyirik, amma razılıq əldə olunmazsa, vəziyyət onlar üçün yaxşı olmayacaq".
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...