Tramp İrana zərbələri Floridadakı iqamətgahından izləyib
28
fev
2026
22:42
ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələri Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, D.Tramp gecə saatlarında milli təhlükəsizlik komandası ilə birlikdə vəziyyəti Mar-a-Laqodan izləyib. ABŞ prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı da aparıb.
K.Livitt bildirib ki, Tramp gün ərzində hadisələrin inkişafını yaxından izləməyə davam edəcək.
Amerika Birləşmiş Ştatları (ABŞ)
Ağ Ev
İran-İsrail münaqişəsi
Donald Tramp
ABŞ Prezidenti Donald Tramp
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-ın silah anbarlarına zərbələr endirib
İsrail hərbçiləri Qəzza zolağına yeni silsilə zərbələr endiriblər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbu...