Tramp: İran Hörmüz boğazında ABŞ gəmilərinə hücum etsə, yer üzündən silinəcək
Donald Tramp bildirib ki, İran hərbçiləri gəmiləri Hörmüz boğazından keçirən ABŞ gəmilərinə hücum edərlərsə, İslam Respublikası yer üzündən silinəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində bildirib.
"Ya İran bizimlə xoşniyyətli razılaşmaya gedəcək, ya da hərbi əməliyyatlar davam edəcək", - Tramp qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Tehran danışıqlarda əvvəlkinə nisbətən daha çox güzəştə gedir.
Vaşinqton administrasiyasının rəhbəri həmçinin vurğulayıb ki, ABŞ regionda hərbi iştirakını artırmağa davam edir.
"Bizim əvvəlkinə nisbətən qat-qat yüksək keyfiyyətli çoxsayda silah və sursatımız var", - Tramp bildirib və əlavə edib ki, ABŞ ordusu ən yaxşı avadanlıqlara sahibdir: "Bütün dünyada bazalarımız var. Onların hamısı avadanlıqla təchiz olunub. Biz bütün bunlardan istifadə edə bilərik və lazım gələrsə, istifadə edəcəyik".
Oxşar xəbərlər
Britaniyanın iki qırıcısı Atlantik okeanındakı adada ilişib qaldı
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yeni "F-35" qırıcısı yaranan nasazlıq səbəbindən Atlantik okeanındakı Terseyra adasında ilişib qalıb. Söhbət i...