Tramp: Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü olacaq
ABŞ Prezidenti Donald Trump Çinlə münasibətlərin daha da yaxşılaşacağını bəyan edib.
BAKU.WS xəbər verir ki, Pekində səfərdə olan Tramp sosial şəbəkə hesabında paylaşım edərək Çin lideri Si Cinpini əldə etdiyi uğurlara görə təbrik edib.
ABŞ lideri qeyd edib ki, Si Cinpinin ABŞ-ni "geriləyən ölkə" adlandırması onun prezident postuna deyil, keçmiş administrasiyaya aid idi. Tramp bu fikirlərin daha çox sabiq prezident Co Bayden dövrünə yönəldiyini iddia edib.
O, Bayden administrasiyası zamanı ABŞ iqtisadiyyatı, siyasəti və sosial sisteminin zəiflədiyini bildirib, öz hakimiyyəti dövründə isə bu sahələrdə ciddi irəliləyiş əldə olunduğunu vurğulayıb.
Tramp həmçinin Venesuela və İranla bağlı məsələlərdə ABŞ-nin hərbi uğurlar qazandığını iddia edib və İran üzərində təzyiqlərin davam etdiriləcəyini bildirib.
"Artıq ABŞ dünyanın ən diqqət çəkən ölkəsidir. Ümid edirəm ki, Çinlə münasibətlərimiz hər zamankindən daha güclü və daha yaxşı olacaq", - deyə Tramp qeyd edib.
Oxşar xəbərlər
Qətər Əmiri və Tramp ABŞ-İran münasibətlərini müzakirə ediblər
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, söhbət zamanı ABŞ və İran...