Tramp CAR-da "ağ əhalinin soyqırımı" baş verdiyini iddia edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikası (CAR) iqtidarını ağ fermerlərin soyqırımında ittiham edib və buna görə Vaşinqton Yohannesburqda G20 sammitində təmsil oluna bilməz.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika lideri öz fikrini "Truth Social" sosial şəbəkəsində bildirib.
"Torpaqların müsadirəsi və soyqırımı əsas məsələ olduğu halda, bizdən çox vacib G20 görüşü üçün CAR-a getməyimiz necə gözlənilə bilər? G20-də olmaq istədiyimiz yer budurmu? Mən belə düşünmürəm!", – Tramp yazıb.
O vurğulayıb ki, CAR iqtidarı "ağ fermerləri və onların ailələrini öldürür", media isə bundan danışmaqdan imtina edir. Tramp əlavə edib ki, məhz buna görə ABŞ Afrika ölkəsinə ödənişləri dayandırıb.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...