Tramp Avropanın Putin və Zelenski arasında görüş təşkil etmək planlarını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdən sonra özünün, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün mümkünlüyünü şərh edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"İndi məsələ prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidirlər, lakin bu, prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsələr, mən növbəti görüşdə olacağam. İndi onlar prezident Zelenskinin prezident Putinlə görüşünü təşkil etməyi planlaşdırırlar", - deyə o bildirib.
Oxşar xəbərlər
Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır"
İran hakimiyyəti genişmiqyaslı müharibənin başlanması ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır. BAKU.WS Oxu....