Tramp amerikalıları və müttəfiqlərini İranı tərk etməyə çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ vətəndaşları və ölkənin müttəfiqləri dərhal İranı tərk etməlidirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Detroytdakı "Ford" şirkətinin avtomobil zavoduna səfəri zamanı bildirib.
"Mən deyərdim ki, İrandan getmək pis fikir deyil", - deyə o, ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi barədə suala cavab verib.
Jurnalistlərin "Truth Social"da "Yardım artıq yoldadır" sözlərinin nəyi nəzərdə tutduğu sualına ABŞ lideri cavab verib: "Bağışlayın, siz bunu özünüz müəyyənləşdirməli olacaqsınız".
Dekabr ayının sonunda İslam Respublikasında dərin iqtisadi böhran fonunda bu günə qədər səngimək bilməyən kütləvi etirazlar başlayıb. Tramp bundan əvvəl ABŞ-nin ölkədəki nümayişlər fonunda İrana zərbələr endirə biləcəyini istisna etməyib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...