Tramp ABŞ tarixində mühakimə olunan ilk prezident olub
Yeniliklərdən dərhal xəbərdar olun
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp barəsində şərtsiz azad etmə qərarı çıxarıb.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bununla da mühakimə olunan ABŞ-nin ilk prezidenti kimi ölkə tarixinə düşüb.
Məhkəməyə videobağlantı vasitəsilə qatılan yeni dövlət başçısı 34 maddə üzrə təqsirli bilinib. Hökmə əsasən, Tramp təqsirli olaraq qalacaq, nə həbs, nə də cərimə olunacaq.
Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilirdi.
Qeyd edək ki, Donald Tramp ABŞ tarixində cinayət əməllərində ittiham olunan ilk prezidentdir. Onun barəsində ümumilikdə 4 cinayət işi açılıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...