Tramp ABŞ qoşunlarının nə vaxtadək Venesuela ətrafında qalacağından danışdı

Tramp ABŞ qoşunlarının nə vaxtadək Venesuela ətrafında qalacağından danışdı
Dünya 156

"Ağ Ev əməliyyatı başa çatmış hesab edənə qədər ABŞ qoşunları Venesuela ətrafında qalacaq".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-Venesuela tərəfdaşlığı venesuelalıları zəngin, müstəqil və təhlükəsiz edəcək.

Tramp bəyan edib ki, Maduronun sosialist rejimi ABŞ-nin neft infrastrukturunu oğurlayıb. O qeyd edib ki, Vaşinqton digər ölkələrin onu talamasına icazə verməyəcək.

Tramp həmçinin insanları Monro Doktrinasını unutmamağa və ABŞ-nin Qərb yarımkürəsindəki liderliyini şübhə altına almamağa çağırıb.

"ABŞ daha azad və daha qürurlu bir ölkəyə çevrilib. ABŞ öz sərhədlərini və vətəndaşlarını müdafiə edəcək", - Donald Tramp bildirib.

Son xəbərlər