Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkəsinin enerji siyasəti ilə bağlı açıqlama verərək neft bazarındakı qiymətlərin sabit qalmasında Vaşinqtonun rolunu vurğulayıb.
BAKU.WS xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, ABŞ uzun müddət ərzində regiondan böyük həcmdə neft əldə edib və bu, dünya bazarında təklifin artmasına təsir göstərib.
Onun sözlərinə görə, gündəlik olaraq milyonlarla barel neft dövriyyəyə daxil edilib ki, bu da enerji qiymətlərinin kəskin bahalaşmasının qarşısını alıb.
Biz İrandan milyonlarla barel neft çıxarırdıq - milyonlarla barel. Hər gecə biz neft götürürdük. Milyonlarla barel neft çıxarılıb və məhz buna görə də qiymət 250 dollar yox, bir barel üçün 85-90 dollardır", – deyə ABŞ prezidenti qeyd edib.
Tramp əlavə edib ki, bölgədəki münaqişələrin tam başa çatması və sabitliyin bərpa olunması yanacaq bazarında əlavə rahatlama yaradacaq. Onun fikrincə, bu halda həm neftin, həm də yanacağın qiymətlərində daha ciddi eniş müşahidə oluna bilər.
ABŞ lideri enerji bazarlarının gələcək inkişafının əsasən geosiyasi vəziyyət və qlobal iqtisadi proseslərdən asılı olacağını da vurğulayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...