TikTok-un ulduzu Xabi Leym Las-Veqasda SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən populyar "TikTok" fenomenlərindən biri olan Xabi Leym ABŞ-də miqrasiya qaydalarını pozduğu üçün qısa müddətə saxlanılıb.
BAKU.WS "France Presse" agentliyinə istinadən xəbər verir ki, hadisə Las-Veqas beynəlxalq hava limanında qeydə alınıb.
ABŞ Miqrasiya Xidmətinin əməkdaşları Leymin vizasının müddətinin bitdiyini aşkar etdikdən sonra onu saxlayıblar. Lakin həmin gün onun azadlığa buraxıldığı və daha sonra könüllü şəkildə ölkəni tərk etdiyi bildirilir.
Qeyd edək ki, 162 milyondan çox izləyicisi ilə TikTok-un ən çox abunəçiyə sahib simalarından olan Xabi Leym eyni zamanda UNICEF-in xoşməramlı səfiridir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...