Təyyarə havaya qalxan kimi ildırım vurdu
20
mar
2025
23:47
Yaponiyada Japan Air Commuter (JAC) təyyarəsini havaya qalxdıqdan dərhal sonra ildırım vurub.
BAKU.WS xəbər verir ki, bu barədə "Aviation Herald" məlumat yayıb.
Bildirilib ki, göyərtəsində 14 nəfərin olduğu ATR-42-600 təyyarəsi Amakusadan Kumamotoya planlı uçuş həyata keçirirmiş. Hündürlük əldə edərkən təyyarəni ildırım vurub və pilotlar uçuş hava limanına qayıtmağa qərar verib. Eniş uğurlu alınıb. Uçuşdan sonrakı yoxlama zamanı gövdədə ildırım vurmasının izləri aşkar edilib.
Oxşar xəbərlər
İsrailin Hayfa şəhərində sənaye obyektləri vuruldu
İran Silahlı Qüvvələrinin İsrail ərazisinə növbəti hücumu zamanı Hayfa şəhərində yerləşən sənaye zonası raket zərbəsinə məruz qalıb. BAKU.WS xəbər verir ki, əmə...