Texasda deportasiyanı gözləyən miqrantlardan "SOS" aksiyası
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Texas ştatında deportasiya olunmalarını gözləyən 30-dan çox venesuelalı miqrant immiqrasiya mərkəzinin həyətində "SOS" sözünü formalaşdıraraq yardım siqnalı veriblər.
Bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, saxlanılan venesuelalılar jurnalistlər tərəfindən havaya buraxılan pilotsuz uçuş aparatını (dronu) gördükdən sonra vəziyyətlərinin ağır olduğunu çatdırmaq üçün bu addımı atıblar.
Bildirilir ki, ABŞ hakimiyyəti həmin şəxsləri Venesuelaya məxsus cinayətkar dəstələrlə əlaqədə ittiham edib. Onları ciddi rejimli həbsxanaya – Salvadorda yerləşən islah müəssisəsinə göndərilmə təhlükəsi gözləyir.
Məlumatda qeyd olunur ki, ABŞ-dən deportasiya edilən 130-dan çox venesuelalı artıq həmin həbsxanaya göndərilib.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ hakimiyyəti ölkədən 1,4 milyondan çox şəxsin deportasiya ediləcəyini açıqlamışdı. Deportasiya ediləcək şəxslərin siyahısı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən dərc olunub.
Venezuelan detainees in Texas fear the Trump administration will send them to El Salvador's notorious CECOT maximum security prison. They sent the outside world a message: S-O-S https://t.co/Oq1DzcRrA2 pic.twitter.com/vdwiD3l4M0
— Reuters (@Reuters) April 30, 2025
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...