Tesla yanaraq kül oldu
Almaniyanın şimalında yerləşən Ottersberq icmasında "Tesla" avtomobilləri yanaraq məhv olub.
BAKU.WS-in "Spiegel"ə istinadən verdiyi məlumata görə, hadisə martın 29-da, yerli vaxtla saat 03:30 radələrində baş verib. Avtosalonun ərazisində dayanan yeddi "Tesla" markalı elektromobil naməlum səbəbdən alovlanıb və tamamilə yanıb.
Yanğın avtomobillərlə yanaşı, avtosalon binasına da ziyan vurub. İsti səbəbindən salonun darvazaları əriyib. İlkin hesablamalara görə, dəyən zərərin məbləği yüz minlərlə avro təşkil edir.
Yanğının dəqiq səbəbləri hələlik bilinmir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Oxşar xəbərlər
Rubio: "İranda müharibə bir neçə həftəyə başa çatacaq"
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranda hərbi əməliyyatların "aylarla deyil, bir neçə həftəyə" başa çatacağını gözləyir. BAKU.WS Oxu.Az-...