Təl-Əvivdə törədilən terror aktında ölənlərin sayı 7-yə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 1-də axşam saatlarında Təl-Əvivdə baş verən teror aktı nəticəsində 7 İsrail vətəndaşı həlak olub, 16-sı yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail polisinin insidentlə bağlı araşdırmadan sonra verdiyi açıqlamada deyilir. Daha əvvəl 6 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilirdi.
İdarədən əlavə ediblər ki, hücumun iki terrorçu tərəfindən törədildiyi, birinin hadisə yerində öldürüldüyü, ikincinin isə ağır yaralandığı müəyyən edilib. Onların əllərində avtomat silahlar, sursatlar və bıçaqlar var idi. Hər iki hücumçu Hebron (Qərbi Sahildə yerləşən şəhər) sakinləridir və əvvəllər həbs olunmayıblar, lakin onlardan birinin iğtişaşlarda iştirak etdiyi məlumdur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...