Təl-Əvivdə hava hücumu xəbərdarlığı ilə bağlı sirenlər səsləndirilib
Hazırda İsrailin paytaxtı Təl-Əvivdə hava hücumu sirenləri və partlayış səsləri eşidilir.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, İranın raket zərbələrindən sonra Təl-Əvivdə hava hücumu xəbərdarlığı ilə bağlı sirenlər səsləndirilib. Şəhərin hava məkanında partlayış səsləri də eşidilir.
Raket düşməsi və ya itki barədə isə heç bir məlumat verilməyib.
Qeyd olunur ki, hava hücumu xəbərdarlığı ilə bağlı sirenlər əsasən İsrailin mərkəzi hissəsində işə düşüb.
Xatırladaq ki, fevralın 28-də İsrail İrana qarşı "qabaqlayıcı" hücumlar elan edib.
Ağ Ev İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edərək , bunun "yaxınlaşan təhlükəni aradan qaldırmaqla Amerika xalqını qorumağa" yönəldiyini vurğulayıb.
Oxşar xəbərlər
Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı: 4 000 nəfər təxliyə edildi
Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nə...