Tehranda etirazçılar polis avtomobillərini yararsız hala salırlar - ANBAAN GÖRÜNTÜ
Yeniliklərdən dərhal xəbərdar olun
İranın paytaxtı Tehranda davam edən etiraz aksiyaları zamanı nümayişçilər hüquq-mühafizə orqanlarına məxsus avtomobillərə ziyan vurublar.
BAKU.WS İran KİV-nə istinadən xəbər verir ki, şəhərin müxtəlif rayonlarında bir neçə polis maşını yandırılıb və ya tamamilə yararsız hala salınıb.
Bildirilir ki, hadisələr əsasən axşam saatlarında baş verir. Etirazçılar küçələrdə barrikadalar qurur, polis nəqliyyat vasitələrini daş və digər əşyalarla hədəfə alırlar. Bəzi hallarda avtomobillərin aşırıldığı və alışdırıldığı qeyd olunur.
Qeyd edək ki, İranda etirazlar son günlər sosial-iqtisadi vəziyyətin pisləşməsi, milli valyutanın dəyərdən düşməsi və hökumət siyasətinə etiraz fonunda daha da güclənib. Kütləvi iğtişaş və silahlı qarşıdurmalarla müşahidə olunan etirazlar təkcə Tehranda deyil, ölkənin bir neçə şəhərində də müşahidə olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...