Tehranda 46 mindən çox bina hava hücumuna məruz qalıb
ABŞ və İsrailin hava zərbələri nəticəsində fevralın 28-dən aprelin 2-dək İranın paytaxtı Tehranda 46 min 437 yaşayış və ticarət obyektinə ziyan dəyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinə istinadən "Khabar Fouri" məlumat yayıb.
"Ümumilikdə 117 min 239 mülki bina, vilayətlərdə 93 min 544 fərdi yaşayış evi, Tehranda 46 min 437 yaşayış və ticarət obyektinə ziyan dəyib", - məlumatda bildirilib və əlavə edilib ki, hava hücumuna məruz qalan binalar arasında 316 səhiyyə, müalicə və təcili yardım mərkəzi də var:
"763 məktəb, 18 Qızıl Aypara mərkəzi, 48 əməliyyat avtomobili, 3 xilasedici helikopter zədələnib".
Oxşar xəbərlər
SEPAH Bəhreyndəki "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə "Amazon" ("Amazon Web Services") şirkətinin bulud hesablama mərkəzinə zərbə endirdiyini bildirib. BA...