Tehran-Vaşinqton danışıqlarında urana dair qərar verilib? - İranın vitse-prezidenti detalları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"İran Omanda ABŞ ilə danışıqlar zamanı zənginləşdirilmiş uranın üçüncü ölkələrə ötürülməsi ehtimalını müzakirə etməyib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.
"Uranın ölkədən çıxarılması gündəmdə deyildi. Bunu digər ölkələr danışıqlar prosesinə kömək üçün təklif etmişdilər", - deyə siyasətçi bildirib.
Eslami həmçinin qeyd edib ki, əgər Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, İran hakimiyyəti ölkədə olan 60 faizlik uran ehtiyatlarının zənginləşdirilmə səviyyəsini azaltmağa hazırdır:
"Bu məsələ onların qarşılıq olaraq bütün sanksiyaları ləğv edib-etməyəcəklərindən asılıdır".
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Maskat şəhərində İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması ilə bağlı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik ediblər.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...