Tbilisidə metro və dəmir yolunun fəaliyyəti bərpa olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən dayandırılan metro və dəmir yolu nəqliyyatının fəaliyyəti bərpa edilib.
BAKU.WS "Tabula.ge"ya istinadən xəbər verir ki, elektrik sistemində yaranan qəza aradan qaldırıldıqdan sonra Tbilisi metrosunda qatarların hərəkəti yenidən başlayıb. "Gürcüstan Dəmir Yolları" da elektrik qatarlarının fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Elektrik enerjisinin kütləvi kəsilməsi iyulun 25-də saat 08:00 radələrində Tbilisi və ölkənin bir sıra bölgələrində qeydə alınıb. İlkin məlumata görə, buna enerji sistemində baş verən texniki nasazlıq səbəb olub. Hadisə telekommunikasiya xidmətlərinin işində də fasilələr yaradıb.
İnsidentin dəqiq səbəbləri araşdırılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...