Tbilisidə güclü yağış torpaq sürüşməsinə və subasmaya səbəb olub

Tbilisidə güclü yağış torpaq sürüşməsinə və subasmaya səbəb olub
Dünya 11

Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağış nəticəsində Vaja-Pşavela metro stansiyasının yaxınlığında yerləşən tikinti sahəsinin ərazisində, yaşayış binasının yaxınlığında torpaq sürüşməsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Tbilisi meriyasından bildirilib ki, hadisə yerinə artıq müvafiq xidmətlərin əməkdaşları cəlb olunub və vəziyyət nəzarət altındadır.

Güclü yağış şəhərin digər hissələrində də problemlər yaradıb. Belə ki, Didi Diqomi, Aqmaşenebeli prospekti və Qldani rayonunda bir sıra küçələri su basıb.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər