Tayvanda qrip epidemiyası yayılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tayvanda qrip epidemiyası sürətlə yayılmağa başlayıb, yoluxmanın zirvə həddinə ayın sonlarında çatacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, Tayvanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ötən həftə adada 127 min yeni yoluxma qeydə alınıb və bu rəqəm artmağa davam edir.
Hazırkı məlumatlara əsasən, virusdan 6 nəfər dünyasını dəyişib, 43 nəfərdə isə ağır fəsadlar aşkarlanıb. Ən ağır hallar H1N1 (donuz qripi) virusu ilə əlaqələndirilir. Təcili tibbi yardım şöbələrinə müraciət edən xəstələr ümumi yoluxanların 12,6%-ni təşkil edir.
CDC nümayəndəsi epidemiyanın zirvə nöqtəsinin Çin Yeni ilinə (25-31 yanvar) yaxınlaşan günlərdə olacağını bildirib. Təxminən 150 min nəfərin həmin həftədə qripə yoluxacağı gözlənilir.
Həkimlər risk qrupundakı insanlara - yaşlılara və xroniki xəstəlikləri olanlara - vaksin vurdurmağı tövsiyə edir və hamını gigiyena qaydalarına əməl etməyə, xüsusilə tibb müəssisələrində maska taxmağa çağırır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...