Tanınmış aktyor özəl məktəblərdəki "elit görüntülü" təhsili qınadı

Tanınmış aktyor özəl məktəblərdəki  elit görüntülü təhsili qınadı
Dünya 64

Aktyor Gürgen Öz özəl məktəblərdə verilən təhsillə bağlı diqqətçəkən paylaşım edib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, bəzi özəl təhsil müəssisələri əsl təhsil vermək əvəzinə, daha çox "elitlik görüntüsü" yaratmağa çalışır.

Aktyor qeyd edib ki, belə məktəblərdə təqdim olunan "Avropa standartlı" və "müasir sistem" kimi göstərilən yanaşmalar əslində sadəcə bir vitrin xarakteri daşıyır:

"Gedib yerində baxdıq… Bizə təqdim olunan o sözdə Avropa sistemi, əslində bir görüntüdən ibarətdir. Qarşımıza çıxan mənzərə təhsildən çox, bizə şou təsiri bağışladı".

Gürgen Öz xüsusilə azyaşlı uşaqlara tətbiq olunan bəzi yanaşmaları tənqid edib.

O bildirib ki, 6-7 yaşlı uşaqlara golf kimi idman növlərinin öyrədilməsi təhsildən çox, valideynlərə yönəlik təsir vasitəsidir:

"6-7 yaşlı uşağa golf öyrədirlər. Plastik ot örtüyü, əlində dəyənək... İlk baxışda nə qədər elit görünür, amma sonra anlayırsan ki, bu uşaqlar üçün yox, valideynlər üçün hazırlanmış bir səhnədir"

Aktyorun fikrincə, bu yanaşma uşaqların təbii inkişafına da mənfi təsir göstərir. O vurğulayıb ki, bu cür mühitdə böyüyən uşaqlar parkda oynamaq, dostları ilə ünsiyyət qurmaq kimi vacib uşaq təcrübələrindən uzaq qalırlar.

Gürgen Öz sonda bildirib ki, bu cür "elit görüntülü" təhsilin maddi dəyəri isə kifayət qədər yüksəkdir və bəzi hallarda illik ödəniş 1 milyon lirəyə qədər çatır.

Son xəbərlər