Tanınmış aktrisadan ETİRAF: "İlk görüşdə evlilik təklifi aldım"

Tanınmış aktrisadan ETİRAF: İlk görüşdə evlilik təklifi aldım
Foto
Dünya 11241

Aktrisa Pelin Karahan şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o MAG jurnalına müsahibəsində 11 illik həyat yoldaşı ilə ilk görüşündən danışıb.

Pelin qeyd edib ki, həyat yoldaşı Bedri Güntayla ilk görüşdə ondan evlilik təklifi alıb.

Aktrisa həyat yoldaşı ilə volebol yarışında tanış olub.

"Biz voleybol yarışında tanış olduq. İlk dəfə orada bir-birimizi gördük. O mənim diqqətimi çəkməmidi. Lakin o mənə fikir verib. Sonra mənimlə yeməyə çıxmaq istədi. Mən də bunu qəbul etdim. İlk görüşdə mənə "Biz evlənəcəyik, uşaqlarımız olacaq" dedi. Çox təəccübləndim. Öz-özümə "Bu nə deyir? Bu qədər də yox yəni..." dedim. Elə də oldu" - deyə Pelin vurğulayıb.

Xatırladaq ki, aktrisa 2014-cü ildə ailə qurub. Pelinlə Bedrinin bu evlilikdən iki övladı var.

Pelin Karahan sonuncu dəfə "Tete ve Masal: Rüyalar Diyarı" filmində rol alıb.

Oxşar xəbərlər

Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...

63 Dünya 18:18 20 oktyabr 2025

Son xəbərlər