Taliban Əfqanıstan İslam Partiyasının ofislərini bağlayacaq
15
apr
2025
22:50
Əfqanıstan Ədliyyə Nazirliyi Gülbəddin Hikmətyarın başçılıq etdiyi İslam Partiyasının ölkədəki ofislərinin bağlanması və əməkdaşlarının həbs edilməsi barədə sərəncam verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tolo news" xəbər portalı partiya rəhbərinin oğlu Həbib Ur-Rəhman Hikmətyara istinadən məlumat yayıb.
Ədliyyə Nazirliyinin əmrində partiyanın bütün vilayətlərdəki nümayəndəliklərinin işinin dərhal dayandırılması, eləcə də ofis avadanlıqları və əmlakının müsadirə edilməsi barədə göstəriş yer alıb.
Oxşar xəbərlər
"Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb
"Flydubai" aviaşirkəti Dubaydan Təl-Əvivə gedən təyyarənin göyərtəsindəki insidentin araşdırılması başa çatanadək İsrailə uçuşları dayandırıb. BAKU.WS xəbər ver...