Tailand–Kamboca sərhədində qarşıdurma: Əhali kütləvi təxliyə olunur
Tailand və Kamboca sərhədində hərbi gərginlik son günlər daha da kəskinləşib.
BAKU.WS xəbər verir ki, Tailand Ordusunun İkinci Hərbi Dairəsinin məlumatına görə, Kamboca qüvvələri Çonq An Ma bölgəsində yenidən atəş açıb və bu, vəziyyətin pik həddə çatmasına səbəb olub.
Sərhədyanı Buriram, Surin, Sisaket və Ubon Raçathani əyalətlərindən əhalinin böyük hissəsi – təxminən 70%-i – təxliyə edilib. Ümumilikdə 35,600 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Evakuasiya zamanı Namyung rayonunda bir mülki şəxsin həlak olduğu bildirilir.
Gərginliyin artmasından sonra Tailand Hərbi Hava Qüvvələri Kamboca ordusunun mövqelərinə hava zərbələri endirib. Rəsmi açıqlamada Kambocanın ağır silahları sərhəd boyunca cəmləşdirməsi və döyüş hazırlığını yüksəltməsi Tailanda "birbaşa təhlükə" kimi qiymətləndirilib.
Bunun fonunda Tailandın baş naziri Anuthin Çanvirakun fövqəladə təhlükəsizlik müşavirəsi çağırıb və sərhədə planlaşdırılan səfərini ləğv edib.
Son məlumatlara görə, sərhəddəki toqquşmalarda bir tailandlı hərbçi həlak olub, dörd nəfər yaralanıb.
Oxşar xəbərlər
Macarıstan parlamenti Ukrayna əleyhinə qətnamə qəbul etdi
Macarıstan parlamenti Ukraynaya maliyyə dəstəyinə və bu ölkənin Avropa İttifaqına (Aİ) daxil olmasına qarşı qətnamə qəbul edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər...