Sumı artilleriya və raket zərbələri altındadır: Vəziyyət dəyişir

Sumı vilayətinin mərkəzi olan Sumı şəhəri hər gün artilleriya və raket zərbələri altındadır.
Bildirilir ki, Rusiya Ordusu Sumı şəhərinin 25-30 kilometrliyinə qədər yaxınlaşıb. Şəhərdə vəziyyət gərgin olaraq qalır.
Sumıya, xüsusilə, Rusiyanın Kursk və Bryansk vilayətləri istiqamətindən hücumlar şiddətlənib. Qeyri-rəsmi məlumatlara görə, bu istiqamətdə Ukraynanın 100-dən çox yaşayış məntəqəsi Rusiya tərəfindən işğal olunub. Sumı şəhərinin mərkəzinə olan hücumların intensivləşməsi səbəbindən vilayətdə humanitar böhran günü-gündən artır.
Sumı vilayətinin rəhbəri Oleq Qriqorov mövcud vəziyyətlə bağlı "Baku TV"yə danışıb.
"İndiki şəraitdə Silahlı Qüvvələrimiz mövqelərimizi qorumağa çalışırlar. Hazırda bizim üçün prioritet məcburi köçkünlər üçün mənzil tikintisidir. Bu təcrübəyə malik olduğumuz üçün və tərəfdaşlarımız, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı belə məsələlərdə bizim istəyimizi müəyyən qədər qarşılayır. İndiki vəziyyətdə bizə bərpa işləri, dağıntıların təmizlənməsi, xilasetmə işləri üçün texnika lazımdır. Bura humanitar yardım paketləri, tibbi yardımlar da daxildir.
Mövcud risklərə baxmayaraq, qəza briqadaları sistemli və məhsuldar fəaliyyət göstərirlər. Hazırda gün ərzində təxminən üç-dörd enerji təchizatı obyektində zədələnmə qeydə alınır və dərhal həmin istiqamətdə bərpa işləri aparılır", - deyə o bildirib.
Oxşar xəbərlər
Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq
"Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı büdcə qanun layihəsinə qarşı demokrat namizədləri maliyyələşdirsə, bu, ciddi nəticələrə səbəb olaca...
