Şumaxer 11 il sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Şumaxer 11 il sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Dünya 93

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxer qızı Gina Marianın toyuna gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Mirror" qəzeti yazıb. Hadisə Mayorkada baş verib.

Qeyd edək ki, Mixael Şumaxer 11 il əvvəl aldığı travmatik beyin zədəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Mərasimdə məxfiliyin təmin edilməsi üçün müəyyən tədbirlər görülüb. Villanın girişində heç kimin Şumaxerin şəklini çəkməməsi üçün bütün qonaqlardan telefonlarını vermələri istənilib.

Xatırdalaq ki, Əfsanəvi yarış pilotu Mixael Şumaxerin iki övladının ən böyüyü- 27 yaşlı Gina Şumaxer nişanlısı Yan Betke ilə evlənib. Gina toy şəklini "İnstaqram"da paylaşıb.

Qeyd edək ki, Mixael Şumaxer 2013-ci ilin sonunda xizək sürərkən yamacdan yıxılıb. O, başından ağır xəsarət alıb və həmin vaxtdan bəri koma vəziyyətində olub. Mixael Şumaxer 6 ildən sonra komadan ayılıb. 11 il əvvəl baş vermiş faciəvi qəzadan sonra Şumaxerin həyatı həmişəlik dəyişib.

Son xəbərlər