Sui-qəsdə uğrayan baş nazirə indi də içində güllə olan zərf göndəriblər

Sui-qəsdə uğrayan baş nazirə indi də içində güllə olan zərf göndəriblər
Dünya 47

Slovakiyanın baş naziri Robert Fikoya içərisində güllə olan şübhəli zərf göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Plus 7 Day" məlumat yayıb.

Məktub sentyabrın 25-də səhər saatlarında aşkar edilib. Birbaşa Fikoya ünvanlanan məktubları yoxlayarkən, hökumətin təhlükəsizlik işçiləri onların diqqətini çəkən bir zərfi gözdən keçiriblər. Rentgen müayinəsi zərfdə güllə olduğunu göstərib.

Zərfin göndəricisi məlum deyil. Gülləni hər hansı bir mesajın müşayiət edib-etmədiyi qeyd olunmayıb.

Xatırladaq ki, 2024-cü ilin yazında Fikoya qarşı sui-qəsd cəhdi edilib. Slovakiya hökumətinin siyasəti ilə razılaşmayan Juraj Cintula adlı şəxs baş naziri öldürməyə cəhd edib. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, Tsintula Ukraynaya dəstəyin azaldılmasına qarşı çıxıb və Fiko hökumətini senzurada ittiham edib.

Son xəbərlər