Sudanda xəstəxanaya hücum nəticəsində 60-dan çox insan həlak olub
Sudanın cənubunda Şərqi Darfur əyalətinin paytaxtı Əl-Deyn şəhərindəki xəstəxanaya hücum nəticəsində aralarında 13 uşaq da olmaqla azı 64 nəfər həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
Onun sözlərinə görə, hadisə zamanı daha 89 nəfər yaralanıb.
"Bu faciə nəticəsində Sudan müharibəsi zamanı tibb müəssisələrinə edilən hücumlarda ölənlərin ümumi sayı 2 000 nəfəri keçib. Təxminən üç illik münaqişədə ÜST Əl-Deyndəki hücum da daxil olmaqla, tibb müəssisələrinə 213 hücumda 2 036 ölüm hadisəsini təsdiqləyib", - ÜST direktoru yazıb.
O, Sudan müharibəsi zamanı tibb müəssisələrinə hücumlarda 720 nəfərdən çox insanın yaralandığını qeyd edib.
Oxşar xəbərlər
Britaniyanın nüvə sualtı qayığı Yaxın Şərqdə mövqe tutub
Britaniyanın nüvə sualtı qayığı Yaxın Şərqdə mövqe tutub. BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Bildirilib ki, Britaniyanın "HMS...