Sudanda hərbi təyyarə yaşayış evinə düşdü: Onlarla ölü var

26
fev
2025
16:00
Sudanın paytaxtı Xartumun qərbində yerləşən Omdurman bölgəsində hərbi təyyarənin yaşayış evinə düşməsi nəticəsində 46 nəfər həyatını itirib. Ölənlər arasında həm hərbçilər, həm də mülki vətəndaşlar var.
BAKU.WS xəbər verir ki, Sudanın Xartum vilayəti hökumətinin verdiyi açıqlamaya görə, hadisə dünən Omdurmanda Antonov tipli hərbi təyyarənin yaşayış evinə çırpılması nəticəsində baş verib.
Rəsmi məlumata əsasən, qəza nəticəsində 46 nəfər dünyasını dəyişib, yaralanan 10 nəfər isə xəstəxanaya yerləşdirilib.
Yaralılar arasında uşaqların da olduğu bildirilir.
Oxşar xəbərlər
Livan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb
"Hizbullah" hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al H...
