Şolts Suriyanın yeni liderini Əsəd üzərində qələbə münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Olaf Şolts Suriyanın keçid dövrü üçün Prezidenti Əhməd əş-Şəraanı Berlinin Suriyanın yenidən qurulmasını dəstəkləməyə hazır olduğuna əmin edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi məlumat verib.
Birsaatlıq telefon danışığı zamanı Şolts Suriya xalqını Bəşər Əsəd iqtidarının başa çatması münasibətilə təbrik edib və Suriyada bütün vətəndaşların iştirakını təmin edən inklüziv siyasi prosesin zəruriliyi ilə bağlı Əş-Şəraa ilə razılaşıb.
"Kansler Suriyada, regionda və bütün dünyada təhlükəsizlik üçün terrorla mübarizənin vacibliyini vurğulayıb", - nümayəndə əlavə edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...