ŞOK HADİSƏ: Oğluna qadın paltarı geyindirib kişilərlə görüşdürdü

Türkiyədə uşaq istismarı ilə bağlı şokedici hadisə qeydə alınıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Esra Erolun proqramına qatılan bir ana oğlunun yaşadığı dəhşətə dair qorxulu şəkilləri izləyicilərə təqdim edib.
Esra Erolun proqramına qatılan xanım uşağının cinsiyyət anlayışının dəyişdirildiyini iddia edərək şok edici ittihamlar və görüntülərlə yardım istəyib. Qadın keçmiş əri Alper Gümüşdən ayrıldıqdan sonra, kişinin indiki həyat yoldaşı Selinin ona zəng edib: "Sənin uşağın yaxşı vəziyyətdə deyil, bu uşağı təcili xilas et" dediyini bildirib.
Ana oğluna qadın geyimləri geyindirilib, makyajlı və dırnaqları boyanmış şəkillərinin keçmiş əri Alper Gümüşün imam nikahlı arvadı Selin tərəfindən göndərildiyini açıqlayıb. Həyatının şokunu yaşayan ana "Nənəsi onu kiçik yaşda buna öyrəşdirib. Qadın hərəkətləri etdirir. Beline şal bağlayıb oynadır," deyərək oğlunun yaşadığı vəziyyəti gözlər önünə sərib.
Bu şok edici ittihamlar izləyiciləri dərindən təsirləndirib. Ana oğlunun təcili olaraq xilas edilməsinin vacib olduğunu vurğulayaraq rəsmi orqanlara çağırış edib.

Oxşar xəbərlər
Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı
İspaniya, Portuqaliya, Fransanın bəzi bölgələri və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Avropanın enerji sistemində yaranan ciddi nasa...