Şirvanda maşınla xəndəyə düşən ailə xilas edilib

Türkiyədə, Siirtin Şirvan rayonunda qar və çovğun səbəbiylə avtomobilində sıxılmış vəziyyətdə qalan 3 nəfərlik ailə 1 saatlıq iş nəticəsində xilas edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilər texnikalar vasitəsilə yolu təmizləyərək ailənin təhlükəli vəziyyətdən çıxmasına kömək ediblər.
Bildirilib ki, Siirtin Şirvan rayonu Özpınar kənd yolunda yağan qar nəticəsində sürücü, həyat yoldaşı və uşağı ilə birlikdə avtomobildə xəndəyə düşərək yolda qalıb. Siirt Quruyolları 94-cü Şöbə Müdirliyinə bağlı qruplar bölgəyə sövq edilərək, qar təmizləmə işləri aparıb. Texnikalar vasitəsilə yolu açan qruplar, 1 saatlıq iş nəticəsində təxminən 5 saat ərazidə xəndəkdə qalmış avtomobildə olan 3 nəfərdən ibarət ailəni xilas edib.
Xilas edilən ailə karayolları qruplarına təşəkkür edib.
Siirt'te köy yolunda mahsur kalan aileyi kara yolları ekipleri kurtardı. pic.twitter.com/nS8Q50Oyit
— Takvim (@takvim) February 25, 2025
Oxşar xəbərlər
Nikolay Baskov Ukraynada axtarışa verildi
Tanınmış rusiyalı müğənni və Rusiyanın Xalq artisti Nikolay Baskov Ukrayna hüquq-mühafizə orqanları tərəfindən rəsmi şəkildə axtarışa verilib. Ukrayna Təhlükəsi...