Sinan Akçıl iki dəfə evlənib-boşandığı qadınla yenidən sevgilidir
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni və bəstəkar Sinan Akçıl şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi iki dəfə evlənib boşandığı aktrisa Burcu Kıratlı ilə yenidən eşq yaşamağa başlayıb.
Bu barədə "Gel Konuşalım" proqramında jurnalist Mehmet Üstündağ məlumat bildirib. Onun sözlərinə görə, keçmiş cütlük münasibətinə 3-cü dəfə şans vermək qərarına gəlib.
Xatırladaq ki, onlar ilk dəfə 2019-cu ildə Türkiyənin Amsterdamdakı konsulluğunda nikah masasına əyləşib. 9 ay sonra boşanıblar.
Buna səbəb Burcunun Sinanı çox qısaqanması olub.
İkinci dəfə onlar 2021-ci ildə təmtəraqlı toy məclisi ilə ailə qurublar. Bu evlilik də cəmi 15 ay davam edib. 2022-ci ildə 3 dəqiqə davam edən məhkəmədə cütlük boşanıb.
Oxşar xəbərlər
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Çinin şimalında - Taiyuan şəhərində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu bildirilib. BAKU.WS xəbər verir ki, bu barə...