Şimali Koreyadan ABŞ və Yaponiyaya sərt XƏBƏRDARLIQ: "Məhvedici zərbə endirəcəyik"
ABŞ Şimali Koreyanın təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır, buna görə də Pxenyan çəkindirmə qüvvələrini gücləndirməyə davam edəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bildirib.
Kim Yo Çjon, həmçinin bildirib ki, Pxenyan ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin ixtisar olunması barədə elan etdiyi qərara əhəmiyyət vermir.
"Əgər Amerika tərəfi bu dəfə qəbul edilən tədbirləri müəyyən bir "xoş məram jesti" kimi qələmə verməyə ümid edirsə, istədiyi cavabı ala bilməyəcək", - deyə Kim Yo Çjon bildirib.
Şimali Koreya və ABŞ rəhbərləri arasında son təmaslar barədə yayılan xəbərlərə toxunan Kim Yo Çjon bu barədə məlumatlı olmadığını bildirib. Bununla belə, o qeyd edib ki, Kim Çen In ABŞ Prezidenti Donald Trampla bağlı "yaxşı xatirələr və hisslər" saxlayır.
"İki lider arasındakı münasibətlər əvvəlki kimi əladır", - deyə ölkə liderinin bacısı vurğulayıb.
Bununla yanaşı, Kim Yo Çjon liderlərin şəxsi münasibətlərinin Vaşinqtonun siyasətinin dəyişməsi demək olmadığını diqqətə çatdırıb.
"ABŞ-nin Şimali Koreyaya qarşı düşmənçilik siyasəti dəyişməyib", - deyə o bəyan edib.
Kim Yo Çjon Tokioya da sərt mesaj ünvanlayaraq bəyan edib ki, hərbi ekspansiyaya gedəcəyi təqdirdə Pxenyan Yaponiyaya "məhvedici zərbə" endirəcək. Onun sözlərinə görə, Şimali Koreya Yaponiyanı Asiya-Sakit okean regionunda qüvvələr nisbətini poza biləcək potensial və uzunmüddətli təhdid hesab edir.
Oxşar xəbərlər
Mafiya İspaniyaya yeni miqrant marşrutu açdı
Cinayətkar qruplaşmalar miqrantların İspaniyanın materik hissəsinə qaçaqmalçılığı üçün Seutadan tranzit məntəqəsi kimi istifadə etməyə başlayıblar. BAKU.WS Oxu....