Bu ölkədə 7.7 ballıq zəlzələdən ölənlərin sayı 70-ə çatdı

Bu ölkədə 7.7 ballıq zəlzələdən ölənlərin sayı 70-ə çatdı
Dünya 46

İndoneziyanın şərqində yerləşən Şərqi Nusa Tenqqara əyalətindəki 7,7 bal gücündə təbii fəlakətin ağır fəsadları davam edir.

BAKU.WS xəbər verir ki, güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 70 nəfərə çatıb, 132 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə ölkənin Milli Axtarış və Xilasetmə Agentliyi (BASARNAS) məlumat yaydıb.

Xəsarət alanlardan 40 nəfərin vəziyyətinin kritik olduğu bildirilir.

Dağıntılar altında itkin düşənlərlə bağlı yeni müraciət daxil olmadığı üçün xilasetmə komandaları artıq ərazinin təmizlənməsi və bərpa işlərinə start veriblər.

Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi xüsusilə Flores bölgəsində yeraltı təkanların səngimədiyini bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər