Ərdoğan ABŞ və İran arasındakı münaqişəni dayandırmağın yeganə yolunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya Baş naziri Sanae Takaiçi ilə görüşündə İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolunun danışıqlar olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada Ərdoğanın sözlərinə yer verilib:
"İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır. Türkiyə davamlı sülh və sabitliyin təmin olunması üçün diplomatik səyləri dəstəkləyir".
Ərdoğan iyulun sonunda da İsrailin Yaxın Şərqdəki hərəkətlərinin bütün region üçün ağır nəticələr yaratdığını bildirmişdi. Türkiyə lideri ölkəsinin bölgədə hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq üçün səylər göstərdiyini vurğulamışdı.
İyunda isə İsrail Baş nazirinin ofisi Ərdoğanın regiondakı qeyri-sabitliyə görə İsraili məsul tutan açıqlamalarına sərt reaksiya vermişdi.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...