Kim Çen Inin bacısından Yaponiyaya sərt xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Yaponiyanı hərbi ekspansiya siyasətindən çəkinməyə çağırıb. O, əks halda Pxenyanın Yaponiyaya qarşı "məhvedici zərbə" endirə biləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Kim Yo Conq Yaponiyanı Asiya-Sakit okean regionunda qüvvələr balansını poza biləcək potensial və uzunmüddətli təhlükə kimi qiymətləndirib.
O bildirib ki, Yaponiya "yanlış seçim" edərək hərbi genişlənmə yolunu davam etdirərsə, bunun nəticələri ölkə üçün ağır ola bilər. Kim Yo Conq belə bir halda Şimali Koreyanın dərhal və qarşısıalınmaz zərbə endirəcəyini vurğulayıb.
KXDR liderinin bacısı həmçinin ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə münasibət bildirib. Onun sözlərinə görə, bu təlimlər Şimali Koreyaya qarşı düşmənçilik nümayişi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
İran "Fransanın xəyanətləri"ni xatırlatdı
Fransanın İran əleyhinə ritorikası, o cümlədən İslam Respublikasından diplomatların çıxarılması Parisin vəziyyətini çətinləşdirir. BAKU.WS Oxu.Az-a istinadən xə...