Şimal işıqlarını gördüyü üçün sevindi, pomidor zavodu çıxdı

Şimal işıqlarını gördüyü üçün sevindi, pomidor zavodu çıxdı
Foto
Dünya 77

İngiltərənin Suffolk şəhərində yaşayan 56 yaşlı Di Harrison səhər işə gedərkən səmada "Qütb İşıqları"na bənzər parıltı görəndə həyəcanlanıb. Lakin o, bənövşəyi-qırmızı parıltının əslində pomidor fermasından çıxan LED işıqlar olduğunu başa düşəndə ​​məyusluq keçirib.

BAKU.WS TRT Haber-a istinadən xəbər verir ki, çərşənbə günü səhər Branford kəndində maşın sürərkən bu parıltını görən Harrison sosial media hesabında mənzərəni paylaşıb.

"Məncə, bu auroradır, daha əvvəl heç görməmişdim".

Lakin tezliklə məlum olub ki, işıqlar Suffolkda yerləşən pomidor zavodundan yüksəlib.

Harrisonun paylaşımına reaksiya verən 34 yaşlı Adam Kotterell deyib:

"İşıqlar yerli pomidor zavodundan gəlir. Duman və ya bulud olanda bu işıqlar qırmızı parıltı yaradır".

Hadisə ilə bağlı aparılan araşdırmalar bölgədə Şimal İşıqları ilə bağlı aktivliyin olmadığını təsdiqləyib.

Şimal işıqlarını gördüyü üçün sevindi, pomidor zavodu çıxdı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər