"Sihirli Annem"in xərçəng xəstəsi olan aktrisası yazılan təhqirlərdən əsəbiləşdi
"Sihirli Annem" serialının Perihanı (Gül Onat) sosial şəbəkə istifadəçilərinin təhqirlərinə məruz qalıb.
BAKU.WS xəbər verir ki, o, bir neçə gün əvvəl xərçəng xəstəsi olduğunu bildirib və sevənlərindən dua istəyib.
Daha sonra sosial şəbəkə hesabına baxan aktrisa izləyicilərinin onu təhqir edib, mənfi rəylər yazdığını vurğulayıb.
"Bəzən ürəyim sıxıldığı üçün şərhləri oxuyuram. Nə qədər qəddarsınız? Niyə bu qədər pis şərhlər yazırsınız? Siz belə bədbəxtsiniz? Yoxsa sosial mediada özünüzü belə təqdim edirsiniz? Mənim kimi xəstə bir insana bu qədər ağır təhqirləri yazmaq hansı vicdana sığır? Siz bu qədər vicdandan kasıbsınız? Mən məna verə bilmərəm, həqiqətən sizə təəssüf edirəm" - deyə Gül Onat bildirib.
Xatırladaq ki, aktrisa uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir. Mədəaltı vəzin xərçəngi olan Gül ağrılarına görə yenidən rol aldığı "Sihirli Annem: Hepimiz Biriz" filminin qalasına qatıla bilməyib.
Qalereya
Oxşar xəbərlər
Bu ölkələrdə elektron siqaret qadağası var - SİYAHI
Son illər dünyada elektron siqaretlərin (vape) istifadəsi sürətlə artsa da, bir çox ölkə sağlamlıq və gənclər arasında yayılma risklərini əsas gətirərək bu məhs...