Sevgilisini döyən türk musiqiçiyə 1 il 9 ay həbs cəzası verildi

Sevgilisini döyən türk musiqiçiyə 1 il 9 ay həbs cəzası verildi
Foto
Dünya 111

Sevgilisini döydüyünə görə mühakimə olunan "Yüzyüzeyken konuşuruz" qrupunun keçmiş gitaraçısı Can Tunaboylu "qəsdən xəsarət yetirmək" ittihamı ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə hökmün elan olunmasının təxirə salınmasına qərar verib.

Məlumata görə, gitaraçı Can Tunaboylunun sevgilisi, müğənni Aybike Çeliyi döydüyünə görə "qəsdən xəsarət yetirmə" və "təhqir" cinayətlərində təqsirli bilinib və il 6 aya qədər həbs cəzası istənilib.

Anadolu 37-ci Asliye Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Can Tunaboylu və şikayətçi Aybike Çelik iştirak edib. Həmçinin, tərəflərin vəkilləri də məhkəmə zalında olub.

Məhkəmədə son sözünü deyən təqsirləndirilən şəxs Tunaboylu şikayətçiyə qəsdən xəsarət yetirmədiyini, zorla saxlamadığını bildirib. O, qeyd edib ki, hadisə baş verdikdən sonra 2 həftə münasibətləri davam edib:

"Onu xəstəxanaya aparmaq istəyəndə, özü qəbul etmədi. O müddətdə qolu işlək vəziyyətdə idi, qırıq kimi deyildi. Məni sosial şəbəkədə biabır edəndən sonra yüzlərlə paylaşım etdi. Bir dəfə belə cavab vermədim. Mən sizin ədalətinizə güvənmirəm, bəraətimi istəyirəm".

Son xəbərlər