Sevgilisi ilə barışmaq istədi, məktəbli qızı girov götürdü

Sevgilisi ilə barışmaq istədi, məktəbli qızı girov götürdü
Dünya 63

Rusiyanın hüquq-mühafizə orqanları sevgilisi ilə barışmağa gələn və məktəbli qızı girov götürən Buryatiya sakinini saxlayıb.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 37 yaşlı kişi məktəb yeməkxanasında aşpaz işləyən sevgilisi ilə barışmaq istəyib və təhsil müəssisəsinə gəlib.

Bu zaman 17 yaşlı məktəbli ora nahar etməyə gəlib. Sevgilisi kişi ilə danışmaqdan imtina etdikdə, o,  tələbəni girov götürüb. Polisin müdaxiləsindən sonra məktəblini girov götürən şəxs saxlanılıb. 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər