Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir
İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə qeyri-qanuni miqrant axını güclənib. Mərakeşin Kastilyexos sahillərindən yola çıxan 800-dən çox miqrant üzərək Seutaya keçməyə cəhd edib.
BAKU.WS xəbər verir ki, İspaniyanın dəniz xilasetmə xidməti 300-dən çox, Qırmızı Xaç isə 117 nəfəri sudan xilas edib. Hadisə zamanı iki nəfərin meyiti tapılıb.
Sosial şəbəkələrdə bəzi miqrantların nərdivanla binalara çıxmağa çalışdıqlarını əks etdirən görüntülər yayılsa da, onların evlərə daxil olmağa cəhd göstərməsi barədə iddialar İspaniya rəsmiləri tərəfindən təsdiqlənməyib.
Vəziyyətlə əlaqədar İspaniya hökuməti Seutaya əlavə polis və hərbçilərin göndərilməsi barədə qərar qəbul edib. Baş nazir Pedro Sançes hökumətin böhranın aradan qaldırılması üçün bütün imkanları səfərbər etdiyini bildirib.
Oxşar xəbərlər
KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır
ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...