Seuta böhranı böyüyür: Avropada sərhədlər yenidən nəzarətə götürülür
Yeniliklərdən dərhal xəbərdar olun
Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına on minlərlə qeyri-qanuni miqrantın axını Avropa ölkələrini əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib.
BAKU.WS xəbər verir ki, İtaliya hökuməti yaranmış vəziyyət fonunda Şengen məcəlləsi çərçivəsində İspaniya ilə sərhəddə müvəqqəti nəzarətin bərpasını nəzərdən keçirir.
Baş nazir Corcia Meloni Seutadakı vəziyyəti "şokedici" adlandıraraq qeyri-qanuni miqrasiyaya qarşı daha sərt tədbirlərin vacibliyini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə İspaniya ilə sərhəddə təhlükəsizliyin gücləndirilməsi barədə göstəriş verib. Sərhəd ərazilərinə əlavə mobil qüvvələr, təyyarələr və pilotsuz uçuş aparatları cəlb olunub.
Böhran Avropanın digər ölkələrində də narahatlıq doğurub. Finlandiyanın daxili işlər naziri Mari Rantanen Aİ-nin xarici sərhədlərinin qorunmasının gücləndirilməsinə çağıraraq, bu sahədə öhdəliklərini yerinə yetirməyən ölkələrin Şengen zonasında qalmasının yenidən qiymətləndirilməli olduğunu bildirib.
Qeyd edək ki, Seutaya son günlər misli görünməmiş miqrant axını qeydə alınıb. Hadisələr zamanı insan tələfatının olduğu da bildirilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...