Səudiyyə Ərəbistanında daşqınlar - Məkkə, Mədinə və Ciddə su altında
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanında irimiqyaslı daşqınlar baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, müqəddəs Məkkə və Mədinə şəhərlərinin, eləcə də liman şəhəri Ciddənin küçələri su altında qalıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanında daşqınlara güclü leysan yağışları səbəb olub. Qayalıqlardan enən su təbii fəlakət nəticəsində şəhər və qəsəbələri basıb, yollar tamamilə su altında qalıb, sel avtomobilləri də aparıb.
Səudiyyə Meteorologiya İdarəsi su altında qalan şəhərlər üçün qırmızı təhlükə elan edib. Yayımlanan kadrlarda suyun demək olar ki, avtomobilləri tamamilə udduğu, yalnız dam örtüklərinin göründüyünü əks edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...