SEPAH İsrailə raket, ABŞ-nin bazalarına PUA hücumu edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 68-ci dalğasında "Xürrəmşəhr 4", "Qədr" raketləri və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
"Hayfa və Təl-Əvivdə 25 obyekt darmadağın edilib",- məlumatda qeyd edilib.
Hərbi Dəniz Qüvvələrinin "Əl-Hədd" bazasında (Omanın şərqi) ABŞ hərbçilərinin 6 dəstək anqarını PUA və qanadlı raketlərlə hədəf aldığı vurğulanıb:
"Bu anqarlarda saxlanılan "Patriot" hava hücumundan müdafiə sistemlərinin bəzi avadanlıqları tamamilə məhv edilib və "Şeyx İsa"dakı bazanın (Bəhreynin cənubu, Fars körfəzi sahili) arxa cəbhə təminatına ciddi ziyan dəyib".
Əlavə edilib ki, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzindəki gəmilərə şübhəli hallarda yoxlama və nəzarətə götürülmə barədə SEPAH-a xəbər vermək tapşırılıb. "Hörmüz boğazı İranın ali rəhbərinin (Müctəba Xamenei – red.) əmri ilə ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlıdır",- məlumatda qeyd olunub.//Report.az
Oxşar xəbərlər
ABŞ artıq İrana hücumlar üçün Britaniya bazalarından istifadə edə biləcək
Böyük Britaniya ABŞ-nin İranda müəyyən hədəflərə zərbələr endirməsi üçün öz hava bazalarından istifadəyə razılıq verib. BAKU.WS-in xarici mediaya istinadən verd...